Ov tüfəngi ilə intihar...
Salyanda 32 yaşlı kişi özünü öldürdü
Ötən gün saat 16:00 radələrində Salyan sakini özünü güllələyib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Fərhad Davud oğlu Hüseynov çöldə 12 kalibirli ov tüfəngilə özünü güllələyərək intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər