14 yaşlı oğlanın həyatı ipdə bitdi

14 yaşlı oğlanın həyatı ipdə bitdi

26 Sentyabr 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Suraxanı rayonunda 14 yaşlı yeniyetmə dəhşətli addım atıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Hövsan qəsəbəsində ünvansız mənzillərin birində yaşayan 1999-cü il təvəllüdlü Şidrin Valeri Ruslanoviç mənzildə özünü asıb.
Onun meyiti asılmış halda aşkarlanıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalar zamanı, hadisənin intihar olduğu müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

O.M.