
Kosta Rika və Yaponiyada zəlzələ baş verib
14 may 2011-ci il tarixində Bakı vaxtı ilə saat 03:47-də Kosta Rikada zəlzələ baş verib. Yeraltı təkanların gücü 6,0 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı San Xose şəhərindən 25 km şimal-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. 14 may 2011-ci il tarixində Bakı vaxtı ilə saat 04:35-də Yaponiyanın Hönsyu adasının şərq sahillərində də zəlzələ baş verib. Yeraltı təkanların gücü Rixter cədvəli üzrə 6,2 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, zəlzələnin episentri Yaponiyanın Fukusima şəhərindən 93 km cənub-şərqdə qeydə alınıb. Tələfat və dağıntı, həmçinin, sunami təhlükəsi barədə məlumat verilmir.
"Günəş şərqdən doğur" fikri günün şərqdən başlandığını bildirir. Gəlin bu barədə düşünək...
Günel Həbib
O.M.