
Bu gün havadan nə gözləyək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacağı, axşam buludluluğun
artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı
ehtimal olunur. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 14-də bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir
güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə
isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Məncə, bu gecə çox isti olacaq. Qoy Eurovision-2011 həyəcanı ölkəmizdə günəşin doğuşu ilə nəticələnsin...
Günel Həbib
O.M.