Nazir Ağdama gedir
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən sentyabrın 27-də saat 11:00-dan Ağdam rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarında yaşayan sakinlər, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) sentyabrın 25-i saat 14:00-dan başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
O.M.