
Bu gecəki mənzərəyə hazır olun: şimşək çaxacaq...
Sabahın hava proqnozu
Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında isə sentyabrın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
O.M.
Digər xəbərlər