Dünənki yağış rekordçu oldu

Dünənki yağış rekordçu oldu

24 Sentyabr 2013 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.U.Tağıyevanın sözlərinə görə, bu, sentyabr ayı üçün rekord göstəricidir.O bildirib ki, ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

O.M.