Nazirlik maaşları 10 faiz artırdı

Nazirlik maaşları 10 faiz artırdı

23 Sentyabr 2013 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha bir işçi qrupunun maaşı artırılıb.Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 2013-cü ildə bir sıra sərəncamlar imzalayıb. Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin əməkhaqqıları 10 faiz həcmində artırılıb. Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqqıları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq.

O.M.