Regional Futbol Federasiyasının prezidentinin 25 yaşlı oğlu öldü

Regional Futbol Federasiyasının prezidentinin 25 yaşlı oğlu öldü

20 Sentyabr 2013 10:53
Bəyəndim (0) Bəyənmədim (0)
O, yuxudan oyanmayıb

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib.

Apasport.az saytının əldə etdiyi xəbərə görə, Lənkəranda ezamiyyətdə olan S. cavadov bu səhər yuxudan oyanmayıb.Onun ürək tutmasından dünyasını dəyişdiyi güman edilir. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri təsdiqləyib: "Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik".

Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

O.M.