Ürəyi zəif olan və yaşı 18-ə çatmayan insanların baxması qətiyyən tövsiyyə edilmir
Suraxanı rayon Polis İdarəsinin əməkdaşları vətəndaşlardan tapılmış qadın meyidinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı kömək istəyir. Oxumeni.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, dünən axşam Suraxanı rayon Hövsan qəsəbəsinin girişində, qazdoldurma stansiyasının yaxınlığında, su kanalından gənc qadının cəsədi aşkarlanıb.
Qadının şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. O, 25-35 yaşlarında, dolu bədənlidir, boyu 165 sm bərabərdir. Saçları qara, dişləri seyrəkdir. Bildirilir ki, öldüyü gün qadının əynində yaşıl don olub.Məhkəmə-tibb ekspertizasının ilkin rəyi ölümün dünən səhər baş verdiyini göstərib. Qadının bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.Suraxanı RPİ-nin əməkdaşları ölən şəxsin fotoşəkilini təqdim edərək, kömək üçün oxuculara müraciət edirlər. Şəkildə gördüyünüz şəxs barədə məlumatı olan hər bir kəsdən aşağıdakı telefonlara zəng vurmaq xahiş olunur: (+994 12) 457 47 02 və 050 611 86 86./vesti/
DİQQƏT! Ürəyi zəif olan və yaşı 18-ə çatmayan insanların baxması qətiyyən tövsiyyə edilmir.
O.M.