Qəddafinin oğlunun məhkəməsi başlayıb

Qəddafinin oğlunun məhkəməsi başlayıb

19 Sentyabr 2013 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Liviyanın paytaxtı Tripolidə bu ölkənin keçmiş prezidenti, Liviyanı 40 ildən çox idarə etmiş Müəmmər Qəddafinin oğlu Seif əl-İslamın və devrilmiş hökumətə yaxın olmuş 38 nəfərin məhkəməsi başlayıb. Apa-nın "Rosbalt"a istinadən verdiyi məlumata görə, həmin şəxslər 2011-ci il fevralın 17-də baş vermiş inqilab zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilir.Bundan əvvəl S. əl-İslamın vəkili onun Haaqada yerləşən beynəlxalq cinayət məhkəməsində mühakimə olunmasını tələb edib. Onun sözlərinə görə, S. əl-İslamı Liviyadan ekstradisiya etməsələr, o, edam oluna bilər.İttiham olunan şəxslər arasında Liviya xüsusi xidmət orqanının keçmiş rəhbəri Abdalla əs-Sənussi də var.Qeyd edək ki, S.əl-İslam qiyamçılar tərəfində 2011-ci ilin noyabrında yaxalanıb. Həmin gündən o, həbsdə saxlanılır.

O.M.