Bu gün ən gənc nazirimizin doğum günüdür

Bu gün ən gənc nazirimizin doğum günüdür

19 Sentyabr 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)
Mikayıl Cabbarovun 37 yaşı olur

Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov doğum gününü qeyd edir.

Oxumeni.az xəbər verir ki təhsil naziri, Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvü olub. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb. 2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə "İçəri Şəhər" Qoruğunun direktoru kimi fəaliyyət göstərib. Ailəlidir, iki uşağı var.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub.

O.M.