Bu vaxta kimi “ASAN” Xidmət mərkəzləri vasitəsilə 475 min nəfər əhaliyə xidmət göstərilib

Bu vaxta kimi “ASAN” Xidmət mərkəzləri vasitəsilə 475 min nəfər əhaliyə xidmət göstərilib

18 Sentyabr 2013 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günə kimi Azərbaycanda "ASAN" Xidmət Mərkəzləri vasitəsilə 475 min nəfər əhaliyə xidmət göstərilib.

Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, bu vaxta kimi Bakının 3 rayonunda 1, 2, 3 saylı "ASAN" xidmət mərkəzləri və Sumqayıtda "ASAN" Xidmət Mərkəzi fəaliyyət başlayıb. İ. Kərimovun sözlərinə görə, artıq Bakının 9 rayonun əhalisi "ASAN" Xidmət mərkəzlərinin xidmətlərindən istifadə edir: "Yaxın zamanlarda Bakının Sabunçu, Xəzər və Pirallahı rayonunun sakinləri də ASAN xidmət mərkəzinin xidmətlərindən istifadə edəcək. Tezliklə Gəncə və ətraf bölgələrinin əhalisi də sevindiriləcək. Belə ki, Gəncədə sayca 5-ci olacaq "ASAN" xidmət mərkəzi fəaliyyətə başlayacaq".

İ.Kərimov qeyd edib ki, vaxt baxımından "ASAN" Xidmət mərkəzlərinin açılması mümkün olmayan regionlarda səyyar avtobuslarla xidmət göstərilir. Onun sözlərinə görə, artıq 14 rayonda 25 rayonun 40 min əhalisinə səyyar avtobuslar vasitəsilə xidmət göstərib.

O.M.