Ucarda qəza: 57 yaşlı qadın ölüb, gəlini və iki yaşlı nəvəsi ağır xəsarət alıb

Ucarda qəza: 57 yaşlı qadın ölüb, gəlini və iki yaşlı nəvəsi ağır xəsarət alıb

16 Sentyabr 2013 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ucar rayonunda ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunun 243-cü kilometrliyində qeydə alınıb. Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Ramil Qulu oğlu Quliyevin idarə etdiyi "SHACMAN" markalı yük avtomobili Ucar rayon sakini, 1981-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun idarə etdiyi "VAZ 21-099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ 21-099"da olan sərnişin, sürücünün anası, 1956-cı il təvəllüdlü Alma Alxan qızı Salmanova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, sürücünün həyat yoldaşı 1980-ci il təvəllüdlü Fitap Mahmud qızı Salmanova və oğlu 2011-ci il təvəllüdlü Salmanov Elxan Elnur oğlu ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

O.M.