Tanınmış idmançının körpə uşağı yandı
Uşaq ciddi yanıq xəsarəti alıb
Bodybulding üzrə idmançı Rövşən Fətəliyevin körpə uşağının üzərinə qaynar su tökülüb. Uşağı xilas etmək istəyən ata isə yıxılaraq ayağını sındırıb. Məlumata görə, R.Fətəliyev milli.az-a bildirdi, 8 aylıq qızı samovarı üzərinə aşırıb. Qaynar su uşağı başdan aşağı bütün bişirib. Hazırda 5 saylı xəstəxananın yanıq mərkəzinə yerləşdirilən körpə komadadır, vəziyyəti ağırdır. İdmançının sözlərinə görə, qızı manejdə yeriyərək samovara tərəf gedib və orada suyu üzərinə aşırıb. R.Fətəliyev ayağının sındığını və gipsə olduğunu da vurğuladı.
O.M.
Digər xəbərlər