Bakıda qəza: 8 aylıq körpə can verdi
Bakıda baş vermiş yol qəzası nəticəsində azyaşlı uşaq ölüb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Hövsan qəsəbəsində qeydə alınıb.VAZ 2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yol kənarındadkı su kollektoruna düşüb. Qəza nəticəsində sürücünün 8 aylıq uşağı ölüb.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər