Atası tərəfindən zorlanan 15 yaşlı qız özünü öldürmək istədi
Ögey ata onu qapalı yerdə saxlayıb, zorlayırmış
Sentyabrın 13-ü gecə saat 23 radələrində Nizami rayon Qara Qarayev prospekti 100 ünvanında dəhşətli hadisə baş verib.
Musavat.com-un məlumatına görə, bu ünvanda ögey atası ilə yaşayan 15 yaşlı qız binanın 4-cü mərtəbəsindən özünü atmağa cəhd göstərib. Ancaq Nizami rayon 24- cü polis bölməsinin əməkdaşları gənc qızın bu cəhdinin qarşısını alıblar. Hadisə yerində olsaq da polis əməkdaşları açıqlama verməkdən imtina etdilər. Binada yaşayan sakinlərin sözlərinə görə, gənc qızın belə bir addım atmasına əsas səbəb ögey atası tərəfindən cinsi zorakılığa məruz qalması olub. Sakinlər bildirdilər ki, bir müddətdir qızı qapalı şəraitdə saxlayan atası onunla cinsi əlaqədə olurmuş.
O.M.
Digər xəbərlər