75 yaşlı qoca namusuna toxunan ölüdən belə qisas aldı
75 yaşlı qoca illər öncə yaranmış ədavətin qisasını ölmüş adamın qəbrindən çıxarıb.Oxumeni.az xəbər verir ki, 9 sentyabr tarixində Balakən polisinə daxil olmuş ərizə əsasında polis əməkdaşlarının 13 sentyabr tarixində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Şərif kənd qəbirstanlığında bir qəbirin üzərində təhqiredici hərəkətlər edən, qəbiri dağıdaraq yararsız hala salan 75 yaşlı həmin kəndin sakini Məhəmməd Qarabaltayevi saxlayıb. Məlum olub ki, Murtuzəli Qarabaltayev dəfələrlə mərhum Əhməd Elayevin qəbrinin üzərində təhqiredici hərəkətlər edib və qəbri dağıdıb. Cinayət əməllərini törədən Murtuzəli Qarabaltayevin istintaqa verdiyi ifadədən sonra maraqlı faktlar ortaya çıxıb. Belə ki, Murtazəli Qarabaltayev, 2011-ci ildə dünyasını dəyişmiş həyat yoldaşının son nəfəsində Əhməd Elayevin ona qarşı illər öncə əxlaqsız hərəkətlər etdiyini söyləyib. Bundan hiddətlənən Qarabaltayev intiqam almaq məqsədilə Əhməd Elayevin qəbrini dəfələrlə dağıdıb və yaxud da qəbir üzərində təhqiredici hərəkətlər edib.Murtzəli Qarabaltayev etdiyi hərəkətdən peşman olmadığını, peşmançılıq hissini mərhumun sağlığında özünə qarşı etmədiyindən peşmançılıq keçirdiyini bildirdi. Faktla bağlı Balakən RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır./milli.az/
O.M.