
Bu gün havadan nə gözləyək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında
havanın tutulub açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb
küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15
dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 13-də hava
şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi
bölgələrdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim
qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 22-27
dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil
edəcək.
Sizə bugünkü günəşli gün kimi isti və rahat bir ömür arzusu ilə
Günel
Həbib
O.M.