Payız gəldi...

Payız gəldi...

10 Sentyabr 2013 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın hava proqnozu ilə tanış olun

Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 21-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

O.M.