PKK-nın Tükiyədən çıxarılma prosesi dayandırılıb

PKK-nın Tükiyədən çıxarılma prosesi dayandırılıb

9 Sentyabr 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

PKK terror təşkilatının daxil olduğu KCK adlı kürd təşkilatı (Kürdüstan Cəmiyyətlər Birliyi) PKK silahlılarının Türkiyə ərazisindən çıxarılması prosesinin dayandırıldığını elan edib. Məlumata görə, KCK bu addımını hökumətinin demokratikləşmə və kürd probleminin həlli mövzusunda addım atmaması ilə izah edib.
PKK rəhbər şəxslərindən olan Cəmil Bayık ötən həftə açıqlamasında Türkiyə hökumətinə 1 sentybara qədər vaxt verdiklərini demişdi. "İndiyə qədər heç bir şey görmədik. Bu bu mənaya gəlir: problemi həll etmək istəmirlər, əzməyi əsas götürürlər. Buna qarşı özümüzü müdafiə edəcəyik. əgər əməliyyat etdiklərini gösrək, buna qarşı müdafiə olunacağıq. Savaşı daha da şiddətləndirmək istəsələr, cənuba gedən qrupları yenidən qaytaracağıq".

O.M.