Bakıda toyda dava düşdü
Bakıdakı tanınmış şadlıq sarayında kütləvi dava düşüb.
Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, dava dünən gecə Babək prospektində yerləşən "Arzu" şadlıq sarayında baş verib. Toy məclisi zamanı yaranmış dava sonra da şadlıq sarayının həyətində davam edib. Hadisə yerinə polis və təcili yardım çağırılıb. Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən bildirildi ki, toyda dava sərxoş qonaqlar arasında baş verib. Davanın hansı səbəbdən baş verməsini isə polis araşdırmalardan sonra biləcək.
O.M.
Digər xəbərlər