Asfaltçəkən sürücünü tapdaladı: meyiti asfaltdan güclü ayırdılar

Asfaltçəkən sürücünü tapdaladı: meyiti asfaltdan güclü ayırdılar

5 Sentyabr 2013 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Yardımlı Rayonun mərkəzi küçəsində asfalt çəkilişi zamanı faciə baş verib.Oxumeni.az xəbər verir ki, sentyabrın 2-də saat 21 radələrində 48 yaşlı Gülağa adlı Çayüzü kənd sakini, 30 tonluq asfalt çəkən maşının katokunun altında qalaraq həlak olub.Hadisə nəticəsində şəxsin meyiti asfalta yapışaraq, tanınmaz hala düşüb.Hadisə şahidlərinin dediyinə görə, şəxsin cəsədini asfaltdan ayırmaq olduqca çətin olub və bu, müəyyən avadanlıqların köməyi ilə aparılıb.Xəbərə görə, hadisədən sonra icra başçısı Sevindik Hətəmovun göstərişi ilə rayonda aparılan asfaltlaşma işi dayandırılıb.Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.Sonda qeyd edək ki, dünyasını dəyişən şəxs qazel sürücüsüymüş./ AzNews.az/

O.M.