Azərbaycan xalqı çürüyən uşaqa yardım əlini uzatdı

Azərbaycan xalqı çürüyən uşaqa yardım əlini uzatdı

5 Sentyabr 2013 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamda bulyoz epidermoliz xəstəliyindən əziyyət çəkən 14 yaşlı Akif Məmmədov və 4 yaşlı bacısı Dilarə Məmmədova müalicə üçün Bakıya aparılıb.Oxumeni.az xəbər verir ki, bu haqda Ağdam Mərkəzi Rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova məlumat verib.Onun sözlərinə görə, xəstəxanadan uşaqların dayısı Qabil Məmmədovla əlaqə saxlanılıb.Q.Məmmədov bildirib ki, uşaqlar Bioloji Təbabət Klinikasında alman mütəxəssis tərəfindən müayinə olunduqdan sonra 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə köçürülüb.Qabil Məmmədov deyib ki, hazırda uşaqların hər ikisinin səhhəti normaldır. O, Azərbaycan xalqına öz minnətdarlığını da bildirib:"Mənə gün ərzində saysız-hesabsız zənglər gəlir, hətta Rusiyadan zəng edib köməklik göstərməyə hazır olduqlarını bildirənlər var. Hər kəsə ailəmiz adından təşəkkür edirəm."

Xatırladaq ki, Dilarə və Akif Məmmədovların atası bir neçə gün öncə infarktdan dünyasını dəyişib. /lent.az/

O.M.