Sumqayıtda baş verən yol qəzasında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Sumqayıtda ağır yol qəzası baş verib.
Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində qeydə alınıb.Soltan Xəlfəliyevin idarə etdiyi "VAZ-2104" və Bakı şəhər sakini Əlixan İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə S.Xəlfəliyevin sərnişinləri - oğlu Nihat və atası Məhəbbət hadisə yerində ölüb, xəsarət alan sürücü və digər sərnişinləri - anası Şölə, qızı Əsmər, arvadı Zərinə, habelə İ.Əlixanov və sərnişinləri - Xırdalan şəhər sakinləri Aynur Muradova, Mirzə Muradov və Şərqiyyə Səfərova xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər