
Suyunuz kəsiləcək!
"Azərsu" xəbərdarlıq etdi
"Azərsu" ASC abunəçilərdən fevralın 1-dən sonra su və kanalizasiya
xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumatda bildirilir ki, əks halda debitor borcu olan
istehlakçıların su təchizatı qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz
dayandırılacaq.
Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin
şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq. Abunəçilər
borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər.
Günel Həbib
O.M.
Digər xəbərlər