
Havalar istiləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 11-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb
rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti,
gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Qaranlıq gecənin Günəşli gündüzü olduğu kimi,
qarlı-boranlı qışın da Günəşli yay kimi düşməni olur.
Günel Həbib
O.M