Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib

Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib

31 İyul 2013 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Komissiya tərəfindən IV ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş abituriyentlərə müraciət olunub. Dəyişikliklərə əsasən, "Torpaqşünaslıq və aqrokimya", "Aqronomluq", "Zootexniklik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Baytarlıq", "Ekologiya", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.