Rüstəm Usubov:"Imran Cəfərzadənin işi ilə bağlı ekspertiza qrupu formalaşdırılıb  "

Rüstəm Usubov:"Imran Cəfərzadənin işi ilə bağlı ekspertiza qrupu formalaşdırılıb "

31 İyul 2013 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azyaşlı İmran Cəfərzadənin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı başlanan cinayət işinin araşdırılması üçün yüksək səviyyəli ekspertiza qrupu formalaşdırılıb.Oxumeni.Az APA-ya istinadən xəbər verir ki, məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.R.Usubov bildirib ki, işin ağırlığını nəzərə alaraq, cinayət işinin aparılması Xaçmaz rayon Prokurorluğundan alınaraq, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinə verilib.Baş prokurorun birinci müavini əlavə edib ki, bu işlə bağlı artıq bir neçə ekspertiza hərəkəti təyin edilib:"Nabrandakı turizm obyektində baş verən hadisə ilə bağlı dərhal cinayət işi qaldırılıb. Çoxlu sayda mütəxəssis cinayət hadisəsinin araşdırılmasına dəvət edilib. Artıq üç nəfər saxlanılıb".