Gürcülər “bakirəlik ekspertizasına” etiraz edirlər

Gürcülər “bakirəlik ekspertizasına” etiraz edirlər

31 İyul 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)
Aksiyada “Rədd olsun bakirəlik institutu!”, “Seksin nikaha ehtiyacı yoxdur!” şüarları səsləndirilib.

İyulun 30-da 50-yə yaxın sakin Tfilisdə Levan Saxarauli adına Milli Ekspertiza bürosunun qarşısında etiraz aksiyası keçirib.Oxumeni.Az Lent.az-a istinadən xəbər verir ki, aksiyanı "Müstəqil feminist qrup" təşkil edib. Onlar qadınların bakirəliyinin ekspertizasına etiraz ediblər.Təşkilat "Bakirəlik İnstitutunu bağlayaq!" adı altında keçirdiyi aksiyada iştirakçılar "Rədd olsun bakirəlik institutu!", "Bakirəliyin ekspertizası iyrəncdir!", "Seksin nikaha ehtiyacı yoxdur!" və başqa şüarlar yazılmış plakatlarını tutub. Etiraz aksiyasının iştirakçıları iddia edib ki, XXI əsrdə "bakirəlik insan ləyaqətinin indikatoru sayıla bilməz". Onların qənaətincə, Adı çəkilən institut "zərərli ənənəni" gerçəkləşdirir.Qeyd edək ki, Levan Saxarauli adına Milli Ekspertiza bürosu qızların bakirəliyini yoxlayıb, onlara bu haqda məlumat verir.