Sumqayıtda əsgər analarını aldadan “çavuş” peyda olub

Sumqayıtda əsgər analarını aldadan “çavuş” peyda olub

31 İyul 2013 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni. Az Modern.az-a istinadən xəbər verir ki, bir nəfər şəxs hərbi xidmətdə olanların adından istifadə edərək valideynlərdən pul yığır.Belə ki, özünü yalandan "çavuş" kimi qələmə verən dələduz əsasən 11-ci mikrorayon ərazisində kimin yeni əsgər getdiyini öyrənərək hərbi çağırışçının adını, ev ünvanını dəqiqləşdirib valideynlərə əsgər yanından gəldiyini söyləyir. Qondarma ad və soyaddan istifadə edən bu şəxs valideynləri aldadaraq imkansız adamlardan 30, bir balaca imkanı olan əsgər valideynlərindən isə 50 manat pul istəyir. Məbləğin bir hissəsinə əsgər çəkməsi alacağını, qalan hissəsinin isə əl xərcliyi kimi istədiyini söyləyir. Valideynlər isə yenicə hərbi xidmətə yollanmış övladlarından xəbərsiz olduqlarından fırıldaqçıya inanaraq istədiyi məbləği ona verirlər.Hadisə şahidlərindən biri deyir ki, oğlu hərbi xidmətə yeni getdiyindən onunla heç cür əlaqə saxlaya bilməyib. Özünü Eldar kimi təqdim eləyən "çavuş"un oğlumun yanından gəldiyini biləndə ona əməlli-başlı hörmət edib."Deyəndə ki, oğlumun yanından gəlib evə dəvət etdim, süfrə açdım. Gedəndə də əsgərə nə lazım olursa, hamısından az-az da olsa, bazarlıq edib verdim. 50 manat da pul verib dedim ki, çəkmə alandan sonra yerdə nə qalsa, oğluma verərsən. Andiçməsinə gələndə sənin də hörmətini eləyərəm. Sonradan bildim ki, aldadılmışam. Heç demə mənim kimi o biri binadakı qonşunu da aldadıblar".Artıq ikinci oğlunu hərbi xidmətə yola salan Nigar Məmmədova da qonşuları ilə söhbətdə həmin fırıldaqçı tərəfindən aldadıldığını deyib."Mənə də eyni sözləri deyərək 30 manat pul aldı. Dedi ki, guya havalar isti olduğundan oğlum yay üçün əsgər çəkməsi istəyib. Mən də düşünmədən pulu verdim. Amma sonra oğlumla telefonda danışanda bilmişəm ki, heç çəkmə-filan istəməyib. Məndən alınan pul da oğluma gedib çatmayıb. İş burasındadır ki, fırıldaqçının üzünü özüm görmüşəm. Bir də buralarda görsəm polisə təhvil verəcəyəm", – deyə əsgər anası bildirib.