"WikiLeaks"ə görə 128 həbs oluna bilər

"WikiLeaks"ə görə 128 həbs oluna bilər

31 İyul 2013 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

"WikiLeaks" internet səhifəsinə minlərlə məxfi məlumatı ötürən ABŞ əsgəri 25 yaşlı Bredli Manninq məhkəmədə "düşmənə yardım"da günahsız, "casusluq" iddiasında isə günahkar bilinib. Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, məhkəmədə federal hakimlər Manninqi "şöhrət qazanmaq" uğrunda sistemli olaraq minlərlə məxfi məlumatı ötürməkdə ittiham ediblər. Lakin onun vəkilləri İraqda hərbi xidmət keçən və həmin vaxt 22 yaşında olan Manninqi "müharibədə psixoloji zərbə almış saf və gənc əsgər" kimi dəyərləndiriblər.Haqqında irəli sürülən ittihamları qəbul etməyən, ancaq "WikiLeaks"in internet səhifəsinə məxfi məlumatları ötürdüyünü etiraf edən Manninq məqsədinin ABŞ-ın İraq və Əfqanıstanda yürütdüyü müharibə siyasətini ictimaiyyətə çatdırmaqdan ibarət olduğunu deyib.Manninqə ən azı 128 il həbs cəzasının veriləcəyi gözlənilir.Qeyd edək ki, Manninq 2010-cu ildə həbs edilib. Onun tərəfdarları sıravi əsgərin Pentaqonun heç vaxt qəbul etməyəcəyi səhvləri ifşa etdiyini bildirirlər.