Sabah yağış yağacaq

Sabah yağış yağacaq

30 İyul 2013 13:33
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda və Abşeron yarımadasında 26-31 dərəcə isti proqnozlaşdırılır

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək, hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. İyulun 31-i gündüzdən avqustun 03-dək respublikanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atmasını, inkişafını və məhsulun yetişməsini təmin edəcək. Yağan yağış torpağın nəmlənmə dərəcəsini artıracaq, pambıq əkinlərində məhsuldarlıq elementlərinin formalaşmasına və çoxillik otların boy atmasına müsbət təsir edəcək.