
Nüsrət Kəsəmənlinin oğlu azadlıqda
O, 15 il əvvəl qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunduğu üçün həbs olunmuşdu
Mərhum şair Nüsrət Kəsəmənlinin həbsdə olan oğlu azadlığa çıxıb. "Qafqazinfo" xəbər verir ki, şairin həbsdə olan oğlu Araz Kəsəmənli təxminən 1 ay öncə azadlığa buraxılıb. Məlumatı A. Kəsəmənlinin qardaşı Rəşad Kəsəmənli də təsdiqləyib. Onun sözlərinə görə, qardaşı Arazın cəzasının bitməsinə 4 ay qalsa da, azadlığa buraxılıb: "Bu qanunvericiliyə uyğun həyata keçirilib". Qeyd edək ki, Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs olunub.
Digər xəbərlər