Bakıda avtomobil 83 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 83 yaşlı qadını vuraraq öldürüb

30 İyul 2013 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda nənə və nəvəni maşın vurub. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini Salamov Ağasəlim Ağakərim oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - 1930-cu il təvəllüdlü Mirzəyeva Tamara Nikolay qızı və onun nəvəsi 2004-cü il təvəllüdlü Ayseli vurub. Nəticədə T.Mirzəyeva aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət alan Aysel isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.