Bakıya yeni “London taxi” avtomobilləri gətiriləcək

Bakıya yeni “London taxi” avtomobilləri gətiriləcək

30 İyul 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni taksi minik avtomobillərinin ölkəyə 2015-ci ilə kimi ölkəyə gətirilməsi planlaşdırılır.Oxumeni.Az xəbər verir ki, bu barədə APA-ya Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisiNamiq Həsənov məlumat verib.Onun sözlərinə görə, "London taxi"lərinin iki ildən sonra Azərbaycana gətirilməsi prosesinin həmin il ölkədə keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ərəfəsində başa çatdırılması nəzərdə tutulub.Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi avtomobilləri gətirilib, bunun da 1 000-i "London taxi"ləri olub. Avtomobillərin sifarişçi qismində "Taxi Baku" şirkəti çıxış edir.Yeni taksi maşınları Böyük Britaniyanın "Manganese Bronze" şirkətindən alınır.Taksilər Çinin "Geely Automobile Holding"i tərəfindən istehsal olunaraq "Manganese Bronze" şirkətinə göndərilir.www.oxu.az