Xoşqədəm Hidayətqızı çayda boğulan bacısı oğlundan danışıb.

Xoşqədəm Hidayətqızı çayda boğulan bacısı oğlundan danışıb.

29 İyul 2013 16:36
1 123
Bəyəndim (0) Bəyənmədim (0)
“Xahiş etdim ki, mənə sakitləşdirici iynə vursunlar...”

Xoşqədəm Hidayətqızı iyulun 18-də İsmayıllı rayonunda çayda boğulan bacısı oğlundan danışıb. Həmin gün çəkilişdə olan teleaparıcı verilişi dayandırmadığı üçün ona ünvanlanan ittihamların haqsız olduğunu bildirib.

Oxumeni.az modern.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı həmin anları belə xatırlayıb:

"Hadisənin baş verdiyin gün biz verilişin sezon finalını çəkirdik. Efirdə olan zaman texniki məsələləri xəbər vermək üçüm telefon həmişə mənim yanımda olur. Bu zaman efirdə texniki bir problem yaşandı. Telefonu götürüb heyətə xəbər verdim ki, problemi aradan qaldırmaq lazımdır. Həmin anda atamın mənə bir neçə dəfə zəng etdiyini gördüm, düşündüm ki, atam hər zaman belə zəng vurur, verilişdən sonra zəng edərəm. Telefonu bağlamaq istədiyimdə bir mesaj aldım, atam təcili zəng vurmağımı yazırdı. Sonra məcbur olub zəng vurdum, o, birbaşa xəbəri mənə verdi. Ondan sonranı xatırlamıram, özümə gələndə həkimlərdən xahiş etdim ki, mənə sakitləşdirici bir iynə vursunlar ki, verilişi bitirim. Çünki studiyada əyləşən 100 nəfər insana və çoxu uzaq rayonlardan gələnlərə qarşı hörmətsizlik edə bilməzdim. Həm rəhbərlik, həm də studiyada əyləşən ekspretlər də dedi ki, "kimsə sizdən inciməyəcək, bu verilişi yarıda dayandıra bilərsiniz". Mən inad etdim və verilişi sonacan davam etdirdim. Mənim üçün bu xəbər nə qədər ağır və hədsiz dərəcədə üzücü olsa da, fikirləşirəm ki, studiyada əyləşən 100 nəfərin dərdi də mənim dərdim idi. İllər sonra öz yaxınlarını görmək üçün xəbər gözləyən insanlara qarşı bu hörmətsizliyi edə bilməzdim. Mənim üçü çox çətin idi. Açığını deyim ki, hər reklama çıxışda göz yaşlarımı saxlaya bilmirdim, o mənim də balam idi, bacmın ən sevimli övladı idi. Mənim peşəm elə bir peşədir ki, öncə ona, daha sonra məni sevənlərə hörmət əlaməti olaraq bu verilişi sonacan aparmalıydım. Bəlkədə məni qınayanlar da oldu, bu verilişi dayandırmalı idi deyənlərdə…

Amma düşünürəm ki, mən düzgün addım atdım, orada əyləşən 100 nəfər xəbər gözləyənə hörmət etdim. Məncə, onda Bəxtiyarın da ruhu şad oldu. O, mənim verilişimə tərif də deyirdi, tənqid də… Mən inanıram ki, neçə illərdir doğma anasının həsrətiylə yaşayan Murada sevindirci xəbərin verilməsi və sevinməsinə onun da ruhu şad oldu. Əgər mən mənə baxan milyonlarla tamaşaçının övladıyam deyirəmsə, onda onların adına layiq olmalıydım. Onların da adına layiq olan şəxs kədərin və sevincin nə olduğunu dərk edən və onların ikisinində bu həyat yolunda qoşa addımladığını biləndir...

Dünən verilişi izlədim və özümə də təccüblü idi ki, mən necə də bu iradəni, gücü toplayaraq proqramı sonacan aparmışam. Veriliş boyunca mənə 3-4 dəfə sakitləşdirici iynə vurulmuşdu. Kim nə deyirsə desin, mən düzgün addım atmışam. Həm peşəmə hörmət baxımından, həm də məni sevən, izləyən milyonlara hörmət baxımından".

O.M.