Ordumuzun 19 yaşlı əsgəri öldü

Ordumuzun 19 yaşlı əsgəri öldü

29 İyul 2013 11:09
Bəyəndim (0) Bəyənmədim (0)
Əsgər özünü güllələyib

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Apa-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

O.M.