Kür çayında gəmi yanıb

Kür çayında gəmi yanıb

29 İyul 2013 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 28-də Yevlax rayonunun Aşağı Qarxun kəndində Kür çayı sahilindəki gəmidə yanğın hadisəsi baş verib.Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 11 km aralıda, Kür çayının sahilində yerləşən və Ağdaş rayon "PİRƏZƏ" Suvarma Sistemləri idarəsinə məxsus nasos gəmisinin göyərtəsində ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və altında yerləşən 2 ədəd su nasosunun sarğıları yanıb. Gəmi yanğından mühafizə olunub.Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb

O.M.