Tunis mitinqi ilk qurbanını verdi

Tunis mitinqi ilk qurbanını verdi

27 İyul 2013 13:43
Bəyəndim (0) Bəyənmədim (0)
45 yaşlı etirazçı gözyaşardıcı qazdan zəhərlənərək öldü

Tunisdə iqtidara qarşı etiraz mitinqlərində ilk qurban verilib. Ria Novosti-nin məlumatına görə, müxalifətçi deputat Muhamməd Brahminin ölümündən sonra ölkədə etiraz mitinqləri baş qaldırıb. Bu mitinqlərin birində, ölkənin qərbində yerləşən Hafsa şəhərində polislə toqquşmada 45 yaşlı Muhamməd Mufli adlı şəxs dünyasını dəyişib. Onun gözyaşardıcı qazdan zəhərləndiyi bildirilir.

Xatırladaq ki, cümə axşamı günü Tunis milli təsis şurasının deputatı Muhamməd Brahmi paytaxtdakı evinin qarşısında odlu silahdan qətlə yetirilmişdi. Mərhum radikal İslama qarşı düşüncələri və solçu fikirləri ilə tanınırdı. O, həmçinin Tunisdə hadisələrin Misir ssenarisi üzrə cərəyan etməsinin, islamçıların iqtidardan qovulmasının açıq-aydın tərəfdarı idi. Onun qətli cümə günündən bəri bütün Tunisi ayağa qaldırıb.

O.M.