Azərbaycanda antena, kondisioner və paltar sərmək qadağası

Azərbaycanda antena, kondisioner və paltar sərmək qadağası

27 İyul 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Son vaxtlar Bakıda pəncərə və ya balkonları mərkəzi küçələrə baxan binalarda paltar sərmək və kondisioner quraşdırmağın əleyhinə yazılmamış qadağa qüvvədədir.
"Mənim mənzilim Kukla teatrının qarşısındadır və bu gün orada təmir işləri aparılır. Günlərin birində işçilər mənə dedilər ki, təmirdən sonra kondisionerləri evin mərkəzi küçəyə baxan hissəsinə quraşdırılması qadağan ediləcək. Mənim qonşularıma isə deyiblər ki, paltar sərmək mümkün olmayacaq. Mənzil-kommunal təsərrüfatının nümayəndələri isə sakinləri xəbərdar ediblər ki, peyk antenalarını quraşdırmaq da qadağan ediləcək. Mən belə başa düşürəm ki, bu, dövlət başçısının şəhərin mərkəzi küçələrindən keçməsi və binaların belə xarici görünüşünün yolverilməz olması ilə bağlıdır".

Oxumeni.az xəbər verir ki, bu barədə Exo-ya yazıçı-fantast Aleksandr Hakimovbildirib.

Onun sözlərinə görə, elə qadağa qoymaq düzgün deyil, çünki əgər insanlar yaşayırlarsa, o zaman paltar da sərilməli, kondisioner və peyk antenaları da quraşdırılmalıdır.

Öz növbəsində, hüquq müdafiəçisi Novella Cəfərova bildirib ki, vətəndaşlara şifahi şəkildə pəncərə və balkonları mərkəzi küçələrə baxan binalardan paltar sərməmək, yaxud da kondisioner quraşdırmamağı tələb edirlərsə, o zaman bu normanı rəsmiləşdirmək, insanlar qulaq asmadıqda isə cərimələmək lazımdır.

"Mən bir çox ölkələrdə olmuşam və heç yerdə görməmişəm ki, binanın mərkəzi küçəyə baxan tərəfindən paltar sərilsin yaxud kondisioner quraşdırılsın. İcra hakimiyyəti rəsmi şəkildə bəyan etməlidir ki, pəncərə və ya balkonları mərkəzi küçələrə baxan binalarda peyk antenaları, kondisionerlərin quraşdırılması, paltar sərilməsi qadağandır. Lakin buna qədər onlar insanlar üçün müəyyən şərait yaratmalıdırlar. Yəni, qadağan etməzdən əvvəl şərait yaratmaq lazımdır" – deyə, o qeyd edib.

Yeri gəlmişkən, Almaniyada paltarı yalnız bir şərtlə sərməyə icazə verilir ki, o, küçədən görünməsin. Rusiyada balkonlardan ip çəkmək, paltar qurutmaq üçün hansısa avadanlıqları balkondan kənarda quraşdırmaq qadağandır. Hətta Daşkənddə çoxmərtəbəli binalarda paltar sərmək qadağandır.

O.M.