
İlana güllə atan əsgərimiz özünü yaraladı
Əsgər Hüseynov ilana bir neçə güllə atıb və özünü də vurub
Azərbaycan Ordusunun əsgəri ilana atəş açan zaman öz ayağını yaralayıb. Oxumeni.az xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində qeydə alınıb.Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən ona yaxınlaşan ilana tabeliyindəki avtomat silahdan bir neçə dəfə atəş açıb.Nəticədə güllələrdən biri onun öz ayağına dəyib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.Qeyd edək ki, E.Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
O.M.
Digər xəbərlər