Gələn həftədən ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşəcək

Gələn həftədən ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşəcək

27 İyul 2013 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
33 dərəcə isti olacaq

Yaxın 3 gün ərzində Azərbaycan ərazisində gözlənilən hava şəraitinə dair proqnozlar açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün ölkə ərazisində külək ötən günlərə nisbətən mülayimləşəcək, Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu 28-33 dərəcə təşkil edəcək.

A. Verdiyev qeyd edib ki, iyulun 28-29-da ölkə ərazisində küləkli və sərin hava şəraiti müşahidə olunacaq, güclü şimal-qərb küləyi əsəcək. İyulun 29-dan etibarən ölkə ərazisində havanın temperaturu yenidən aşağı düşəcək. Temperatur bu günlərlə müqayisədə 2-3 dərəcə aşağı enəcək. Bu günlərdə Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə isti müşahidə olunursa, iyulun 29-da havanın temperaturu 26-31 dərəcə olacaq. Rayonlarda da küləkli və yağışlı hava şəraiti müşahidə ediləcək. Belə küləkli və yağışlı hava şəraiti iyulun 31-dək davam edəcək.

O.M.