Bakıya yağış yağacaq

Bakıya yağış yağacaq

26 İyul 2013 15:50
Bəyəndim (0) Bəyənmədim (0)
Sərin hava şəraiti davam edəcək

Şənbə günü ölkə ərazisində küləkli hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 27-də Bakı və Abşeron yarımadasında dəyişkən hava şəraiti hökm sürəcək,arabir tutulacaq, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlıq rayonlarda gecə 10-15, gündüz 18-23 dərəcə olacaq.

O.M.