
Silahlı Qüvvələrin Bərdə korpusunda bölük komandiri öz rəislərini girov götürüb
Silahlı Qüvvələrin Bərdə hərbi birləşməsində insident baş verib.
Oxumeni.az "MilAz"-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Bərdə korpusunda bölük komandiri öz rəislərini girov götürüb: "Bir müddət əvvəl zabitlər şəxsi hesablarına əsgərlərin məişət şəraitinin yaxşılaşdırılmasına məcbur ediliblər. Komandanlıq tərəfindən verilən qeyri-qanuni göstərişləri əməl etməyə məcbur olan zabitlərin yerli mağazalara külli miqdarda borcu yaranıb. Bu cür göstərişin verilməsi korpusa Müdafiə Nazirliyinin İnpeksiyasının gəlişi ilə bağlıdır. Sözügüden hərbi birləşmədə bölük komandiri vəzifəsində işləyən zabitlərdən biri əvvəlcə tabor, daha sonra isə briqada komandirini girov götürərək etiraz edib. Daha sonra həmin zabit zərərsizləşdirilərək həbs edilib".
O.M.