VİDEO: “Nabran Holiday Village” bağlanmayıb

VİDEO: “Nabran Holiday Village” bağlanmayıb

26 İyul 2013 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Nabranda "Nabran Holiday Village" istirahət mərkəzinin hovuzunda faciə ilə üzləşən 2 yaşlı İmran Cəfərzadənin başına gələnlər ölkə gündəminin əsas mövzularından biri olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, hadisədən 4-5 gün keçməsinə baxmayaraq hələ də istirahət mərkəzinin rəhbərliyi açıqlama verməkdən imtina edir.Xatırladaq ki, iyulun 24-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası sözügedən istirahət mərkəzinin lisenziyasının ləğv edilməsi barədə əmr verib.Lakin istirahət mərkəzi hələ də işləyir. Belə ki, kadrlardan görünür ki, istirahət mərkəzi fəaliyyət göstərir və turistləri qəbul edir.
Qeyd edək ki, çəkiliş zamanı istirahət mərkəzinə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də gəldi. Nazirlik rəsmiləri açıqlama verməsələr də Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin ( RTİM) rəhbəri Vasif Əhmədov ən qısa vaxt ərzində Nabran Holiday Village barəsində sərt tədbir görüləcəyini şifahi bildirib.

O.M.