
"Ford" 5 yaşlı uşağın canını aldı
Bakıda baş verən yol qəzası azyaşlı uşağın ölümü ilə nəticələnib. Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, iyulun 24-də Sabunçu rayonu Maştağa qəsəbəsi Südçülük sovxozunun ərazisində Bakı şəhər sakini Vəkil Qurbanov idarə etdiyi "Ford" markalı avtomaşınla orada yaşayan azyaşlı Ləman Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq iyulun 25-də orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər