
Zakir Qaralova sualı olanların nəzərinə!
Baş prokuror Zakir Qaralov avqustun 16-sı, saat 11:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağsu şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
O.M.
Digər xəbərlər