Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?

Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?

26 İyul 2013 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Jurnalistlərin onlar üçün inşa olunmuş yaşayış binasına köçmələri bir-iki ay çəkə bilər".

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. V. Səfərlinin sözlərinə görə, hazırda jurnalistlər üçün inşa olunmuş binanın təhvil-təslim sənədləri hazırlanır: "Bina istismara hazır olmalıdır və bizə ünvan verilməlidir. Ünvan olmalıdır ki, mənzillər, işıq, su və qaz sayğacları mənzil sahiblərinin adına keçirilsin. Bundan sonra mənzilləri jurnalistlərə təhvil verəcəyik. Sənədləri hazırlayıb Bakı Şəhər İcra Hakimiyyətinə vermişik. Sənədlər müəyyən təşkilatlarla razılaşma mərhələsindədir. Hazırda sənədləşmə işləri aparılır. İstismara qəbul aktı olmalıdır ki, binaya qaz, su, elektrik verilsin. Biz istəyirik ki, binada qaz olsun. Bundan başqa, orada xidmətimizi yaratmalıyıq. Bu işlər həll olunandan sonra biz özümüz jurnalistlərə xəbər verəcəyik". V. Səfərli onu da qeyd edib ki, istəyən jurnalistlər binanın mühafizəsinə püşkdə çəkdikləri nömrəni göstərərək öz mənzilinə baxa bilər.

O.M.