156-cı mənzil "Xalq qəzeti"nin baş redaktoruna verildi

156-cı mənzil "Xalq qəzeti"nin baş redaktoruna verildi

26 İyul 2013 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün inşa edilmiş binada 156-cı mənzilin sahibi məlum olub. Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Movqe.az-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binada 156-cı mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova verilib: "Cənab Prezident bu barədə müvafiq göstəriş verib və jurnalistlər üçün inşa olunmuş binadakı 156-cı mənzil "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova təqdim edilib. Beləliklə, bütün mənzillər tam şəkildə paylanmış olub".

O.M.